“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Salifu Sumaya Türkiyənin “Fənərbaxça” klubundan təklif gəlməsi ilə bağlı yayılan xəbərlərdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, 42 yaşlı mütəxəssis yayılan xəbərlərə belə münasibət bildirib:
“Bizə “Fənərbaxça”dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. “Dinamo”dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin”.