RU

"Bank Respublika" dollarla yüksək gəlirli istiqraz buraxır – İLLİK 8,5% - ŞƏRTLƏR

Azərbaycanın bank sektorunun liderlərindən olan «Bank Respublika» qiymətli kağızlar bazarına yüksək gəlirli dollar istiqrazları buraxmağa hazırlaşır.

FED.az xəbər verir ki, bank ümumilikdə 5 milyon dolarlıq istiqraz buraxacaq, buraxılış çərçivəsində hər birinin qiyməti 1000 dollar olan 5 min ədəd istiqrazın buraxılması planlaşdırılır.

Şərtlərə görə, istiqrazlar 8 illik müddətə buraxılaxaq. Yeni dollar istiqrazlarının diqqəti çəkən tərəfi onların yüksək faiz dərəcəsidir. «Bank Respublika»nın dollar istiqrazlarının illik faiz dərəcəsi 8,5% təşkil edir. Bu hazırda ölkədə dövriyyədə olan dollar istiqrazları arasında ən yüksək faiz dərəcəsidir. İstiqrazın faiz dərəcəsi hətta manat istiqrazları ilə müqayisə edilən bilən həddədir.

Şərtlərə əsasən. İstiqrazlar üzrə faizlər ayda bir dəfə olmaqla ödənilir.

İstiqraz buraxılışının anderrayteri «ABB İnvest» investisiya şirkətidir.  İstiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək, yəni onları istənilən investor əldə edə bilər.

Şərtlərə əsasən Bank 3 ildən sonra istiqrazları geri ala bilər. 

Избранный
21
fed.az

1Источники