RU

Tatu mürəkkəbi: Yeni araşdırma nəyi göstərir?

Danimarka və Finlandiyadan olan alimlər döymələrin dəri xərçəngi və limfoma riskini artırdığını müəyyən ediblər.

QHT.az xəbər verir ki, tatu mürəkkəbi dəriyə yeridildikdə, bir hissəsi limfa düyünləri tərəfindən sorulur və xroniki iltihaba səbəb ola bilər. Cənubi Danimarka Universitetinin professoru Henrik Frederiksen bildirir ki, mürəkkəbin limfa düyünlərində yığılması onların funksiyasına təsir göstərə bilər. Araşdırma 5900 Danimarkalı əkiz üzərində aparılıb və iri döymələrin (ovucdan böyük) xərçəng riskini daha çox artırdığı məlum olub. Lenfoma riski isə döyməsi olmayan insanlarla müqayisədə üç dəfə yüksəkdir.

Araşdırma konkret mürəkkəb rəngləri ilə xərçəng arasında əlaqə aşkar etməsə də, əvvəlki tədqiqatlar qırmızı piqmentin daha çox allergik reaksiyalara səbəb olduğunu göstərib.

 

 

R.İmanov

 

Избранный
52
qht.az

1Источники