RU

“SpaceX” Aya raket buraxılışını ləğv etdi


Ay missiyaları üçün nəzərdə tutulmuş “Starship” təkrar istifadə edilə bilən kosmik gəminin və “Super Heavy” raketin çərşənbə axşamına planlaşdırılan səkkizinci sınaq buraxılışı uçuşa 40 dəqiqə qalmış ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, ləğv edilmənin səbəbi açıqlanmayıb.
“SpaceX”in Aya insanlı missiyalar üçün inkişaf etdirilən “Starship” sistemi əvvəlki yeddi sınaq buraxılışından sağ çıxıb. Ötən il keçirilən onlardan 4-ü uğurla başa çatıb. Lakin yanvarın 17-də sonuncu buraxılış uğursuzluqla başa çatdı: ikinci mərhələ orbitə çatmadı və “Starship”in özü daşıyıcıdan ayrıldıqdan sonra məhv edildi. Prototip gəminin qəzaya uğraması videoya çəkilib.
Избранный
55
yeniavaz.com

1Источники