RU

Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la sülhə razılaşdı

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Günün son matçında "Sabah" "Araz-Naxçıvan"la qarşılaşıb.

"Operativ Media" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda qalib müəyyənləşməyib. Hərəyə iki qol vuran komandalar 2-2 hesablı heç-heçə ediblər.

Azərbaycan Premyer Liqası

25-ci tur

4 mart

19:30 “Sabah” – “Araz-Naxçıvan” 2:2

Qollar: Xəyal Əliyev, 7, Sofyan Çakla, 64 – Bernardo Dias, 11, Ülvi İsgəndərov, 73

"Bank Respublika Arena"

Избранный
20
operativmedia.az

1Источники