RU

Rusiyada rayon rəhbəri kafedə güllələndi - FOTO

Altay diyarının Zavyalovski rayonunun rəhbəri Nikolay Onişenko kafedən çıxarkən güllələnib.

Gundem.az "Unikal"- istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, hadisə Zavyalovo kəndində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

"Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər cinayətin səbəblərini və motivini müəyyənləşdirirlər", - məlumatda qeyd olunub.

Избранный
8
2
gundem.az

3Источники