Altay diyarının Zavyalovski rayonunun rəhbəri Nikolay Onişenko kafedən çıxarkən güllələnib.
Gundem.az "Unikal"- istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Zavyalovo kəndində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
"Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər cinayətin səbəblərini və motivini müəyyənləşdirirlər", - məlumatda qeyd olunub.