RU

Peskov: Kreml İrana nüvə məsələsində kömək etməyə hazırdır!

Rusiya İranın müttəfiqidir və İranın nüvə dosyesi probleminin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Mən dedim ki, ümumilikdə Rusiya prezidenti Vladimir Putin dəfələrlə deyib ki, İranın nüvə dosyesi problemi müstəsna olaraq dinc yolla həll edilməlidir və Rusiya İranın müttəfiqi və tərəfdaşı kimi bu prosesi asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”-deyə, Kremlin sözçüsü bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
turkustan.az

1Источники