RU

Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırıldı - FOTO - VİDEO

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir. Ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.

  • Həsənriz
  • Həsənriz
  • Həsənriz
  • Həsənriz
Избранный
26
14
day.az

10Источники