RU

Ermənistan seçim etməlidir- Rusiyadan tələb

"Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü ola bilməz. Seçim etməlidir".

AzVision.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin belə deyib.

O, Rusiya baş nazirinin müavini Overçukun “Ermənistanın Aİ-yə qoşulması Titanikə bilet almağı xatırladır” bəzətməsini də yada salıb.

"Bildiyim qədərilə, Rusiya-Ermənistan münasibətlərindən fərqli olaraq, Ermənistana təhlükəsizlik zəmanəti verən olmayıb. Hər halda mən heç bir sənəd və ya bəyanat görməmişəm. Bizim təhlükəsizlik sahəsində əməkdaşlığımızın əsas komponentləri - hərbi-siyasi alyans və 102-ci baza qalır.Sərhədçilərlə bağlı müəyyən dinamika var, lakin bizim sərhədçilər buradadır və xidmətə davam edirlər ki, bu da Ermənistan rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir"- səfir deyib.

Röya Əliyeva
AzVision.az
Избранный
18
azvision.az

1Источники