Bakı. Trend:
“Neftçi” Misli Premyer Liqasının XXV turunda qarşılaşacağı"Kəpəz"lə oyuna itki ilə çıxacaq.
Klubdan Trend-əverilən məlumata görə, Andrey Ştoqrin zədə səbəbindən görüşüburaxmalı olacaq.
“Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan“ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüblər.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək“Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.