RU

Saxta pulları necə tanımalı?!(“Qısa qeydlər” silsiləsindən)

Saxta əsginaslar problemi bütün dünyada maliyyə qurumlarının və hüquq-mühafizə orqanlarının həssaslıqla izlədiyi məsələdir. Hazırda saxta valyutalarla iki əsas mübarizə forması var. Birincisi, əməliyyat tədbirləridir – saxta pul kəsənləri vaxtında ifşa etmək, saxta “pulları” bazara çıxmadan “zərərsizləşdirmək”dir. İkinci isə, pulların mühafizə tədbirlərinin gücləndirilməsi, ictimaiyyəti bu barədə məlumatlandırılması, nəğd pulla ilə alış-veriş edənlərin təhlükədən agah edilməsiidir.

Adi adamlar saxta pulu həqiqisindən necə ayırd edə bilər?
Mütəxəssislərin fikrincə, müasir zamanda saxta pulları orijinaldan ayırmaq çətindir, ancaq mümkündür. Saxta pulu diqqətlə öyrənib, xüsusi qoruma əlamətlərini nəzərdən keçirməklə, saxtanı həqiqidən ayırd etmək olar. Təbii ki, əvvəlcə insanların bu əlamətləri bilməsi lazımdır. Onu da unutmayaq ki, saxtakarlarla effektiv mübarizədə vətəndaşların ayıq-sayıqlığı önəmli rol oynayır.
Bütün valyutaların mühafizə elementləri olduğu kimi, Azərbaycan manatında da müəyyən oluna bilən elementler mövcuddur. Onların bəzilərini adi gözlə görmək mümkündür. Məsələn, üz tərəfdə görünən su nişanı - nominalın işıqda görünən nominalı və dizaynı, holoqrafik nominal (yalnız 10, 20, 50, 100), arxa tərəfdə yerləşdirilmiş mühafizə elementləri olaraq metal mühafizə sapı - nominalı göstərən metal mühafizə sapı belə elementlerdəndir.

Saxtakarların tələsinə düşməməyin, ən optimal yolu isə, nəğd alış-verişdən imkan daxilində az istifadə etməkdir. Bütün dünyada ödəmələrin terminallar vasitəsilə həyata keçirilməsi həm təhlükəsizlik, həm də ölkə iqtisadiyyatına fayda verməsi baxımından təşviq olunur. Bizdə də banklar əksər yerlərdə belə xidmət göstərirlər. Ancaq hələ ki, insanlar alış-verişdə əsasən nəğd ödəmədən istifadə edirlər. Xüsusən, bazarlarda, yanacaq doldurma məntəqələrində, taksilərdə, xırda dükanlarda nəğd ödənişlər olunur ki, saxta pulların dövriyyəyə daxil olma riski bu yerlərdə artır.

Praktiki üsullar
Dostlar, əgər yanınızda xüsusi cihaz yoxdursa və banknotu aparatla yoxlamaq mümkün deyilsə, onda praktiki imkanlardan istifadə etməyiniz həm sizi aldanmaqdan qoruyar, həm də, cinayətkar bir şəbəkənin izinə düşməkdə hüquq-mühavizə orqanlarına yardımınız dəymiş olar.

Saxta əsginas barədə şübhələri yoxlamaq üçün bir-iki üsul kifayət edir. Məsələn, vizual baxdıqda, dollar kağızının üzərində xırda, nazik saplar müşahidə edilir. Əsginasda olan bəzi yazı və rəqəmlərə barmaqla toxunduqda qabarma hiss olunur. Normal dolların üstündəki şəklin “pencəyi”, nominal göstəricisi qabarıq olur. Yəni, saxta pulun kağızı belə bəzən ilkin şübhə üçün siqnaldır. Banknotu işığa doğru tutub, gözlə görülə bilən gizli elementleri tapmaq ən geniş yayılmış yoxlama üsuludur. Bu gizli elementlerin nələr ola biləcəyinin bir neçəsini yuxarıda qeyd etmişik. Vizual müqayisə üsullarından istifadə, həqiqiliyi şübhə doğuran banknotu əsl əskinasla müqayisə də praktiki çıxış yoludur.

Əsas əməliyyat tədbirləri isə, saxta pulu müəyyən etdikdən sonra başlayır. Saxta pulu harda və kimdən alındığına dair mümkün olduğu qədər ətraflı məlumatı hüquq-mühavizə orqanlarına bildirmək bu cinayətlə mübarizənin ilkin şərtidir. Bunun üçün polisin “102” zəng xitmətinə zəng etmək kifayətdir. Heç bir halda saxta pul geri qaytarılmamalıdır və yaxud onu bir yolla əldən çıxarmaq, başqasına ötürmək, alış-veriş vasitəsi kimi istifadə etmək cəhdi sizi cinayətə şərik olmağa apara bilər. Onları cırıb atmaq da hüquq-mühavizə orqanlarını bir dəstə saxtakarın izinə düşmək imkanından məhrum edə bilər. Ona gərə də, “pulu” məhv etmək çıxış yolu sayılmır.

Bu cinayətə meyl edənlərin nəzərinə...
Hüquqi baxımdan saxta pulu əldə etmə, hazırlama və satma ağır cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində bu barədə birbaşa yazılır: Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdarda törədildikdə - əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır...

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
22
Demokratikmusavat.com

1Источники