Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə startverilib.
Trend xəbər verir ki, ilkoyun günündə 4 qarşılaşma keçirilib.
Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “AstonVilla” komandası arasında olub. Görüş qonaqların 3:1 hesablıqələbəsi ilə yekunlaşıb.
Digər 3 oyun isə Bakı vaxtı ilə saat 00:00-da start götürüb.Gecənin ən prinsipial matçı İspaniyada oynanılıb. “Real Madrid” özmeydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkib.Madrid derbisində sevinən tərəf “kral klubu” olub - 2:1.
Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabıilə darmadağın edib, Fransanın “Lill” komandası isə AlmaniyadaDortmund “Borussiya”sı ilə heç-heçəyə razılaşıb - 1:1.
UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar:
4 mart
21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:3
00:00. “Real Madrid” (İspaniya) - “Atletiko” (İspaniya) -2:1
00:00. PSV (Niderland) - “Arsenal” (İngiltərə) - 1:7
00:00. “Borussiya Dortmund” (Almaniya) - “Lill” (Fransa) -1:1
Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı bu günkeçiriləcək.