RU

Peskov Putinin ABŞ və İran arasında vasitəçi olmağa hazır olduğunu təsdiqləməyib

Kremlin sözçüsü Dmitri Peskov “Zvezda” telekanalına Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampın tələbi ilə ABŞ-İran danışıqlarında vasitəçi olmağa razılıq verməsi ilə bağlı yayılan xəbərləri təsdiqləməyib.

“Xeyr, təsdiq edə bilmərəm”, – Peskov məsələ ilə bağlı suala cavab verib.

Martın 4-də Bloomberg agentliyi yazıb ki, Tramp Rusiya lideri Vladimir Putindən İranla nüvə proqramı üzrə danışıqlarda vasitəçilik etməyi xahiş edib və razılıq alıb. Mənbələrin məlumatına görə, Ağ Ev rəhbəri bu xahişi fevralda Rusiya prezidenti ilə telefon danışığı zamanı səsləndirib. Qeyd olunur ki, bu məsələ Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqları zamanı da qaldırılıb. Peskovun sözlərinə görə, Rusiya tərəfi Amerika-İran münasibətlərinin yaxşılaşmasına nail olmaq üçün əlindən gələni etməyə hazırdır.

Əziz Mustafa, Oxuməni.az

Избранный
36
oxumeni.az

1Источники