RU

Yeniyetmələrdə gec yemək vərdişlərinə bioloji saat təsir edə bilər - TƏDQİQAT

Bakı, 5 mart, AZƏRTAC

Yeni bir araşdırma artıq çəkili yeniyetmələrin axşam saatlarında daha çox kalori qəbul etdiyini müəyyənləşdirib. Harvard Tibb Məktəbinin professoru Frank Scheer və həmkarları tərəfindən aparılan tədqiqat göstərir ki, bədənin sirkadiyal (gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalar) sistemi yeniyetmələrin yemək vaxtına və kalori qəbuluna təsir edə bilər.

AZƏRTAC “euronews.com” telekanalına istinadla xəbər verir ki, PNAS jurnalında dərc edilən araşdırmada 12-18 yaş arası 50-dən çox yeniyetmə 11 gün ərzində tam qaranlıq və idarə olunan mühitdə izlənilib. Onlara 28 saatlıq yuxu və oyanma cədvəli tətbiq edilib ki, bu da sirkadiyalı ritmə təsiri olan xarici amilləri istisna edib. Nəticələr göstərib ki, iştirakçılar günorta və axşam daha çox, səhərlər isə daha az qida qəbul edirlər. Artıq çəkili yeniyetmələr günün sonunda daha çox kalori qəbul edirdilər.

Braun Universitetindən David Barker yeniyetmələrdə yemək davranışı ilə sirkadiyalı ritm arasındakı əlaqənin tam başa düşülmədiyini vurğulayır. O, yuxu rejiminin ardıcıl saxlanmasının fiziki və psixi sağlamlıq üçün əhəmiyyətini qeyd edərək yeniyetmələrin daha yaxşı yuxu vərdişlərinə yiyələnməsinin vacib olduğunu bildirir.

Araşdırma nəticələri yeniyetmələrin sağlamlığını yaxşılaşdırmaq üçün mümkün müdaxilələrə qapı aça biləcəyini göstərir.

Избранный
18
1
azertag.az

2Источники