Göygöldə faciə yaşanıb.
Modern.az xəbər verir ki, rayonun Aşıqlı kəndində 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
Həyatını itirənlərdən üçü yeniyetmədir, onlar iki bacı və qardaşdır.
Vəfat edən dördüncü şəxs 1990-cı il təvəllüdlüdür.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.