RU

"Google"un keçmiş rəhbərinin əmlakına 232 milyon rubl məbləğində həbs qoyulub

Moskva Arbitraj Məhkəməsi "Google" MMC-nin Rusiyadakı filialının keçmiş baş direktoru Yuliya Solovyovaya məxsus 232,7 milyon rubl dəyərində əmlakı həbs edib. 

Valyuta.az xəbər verir ki, qərar, "Google"un iflas prosesində olan idarəçisinin – Valeri Talyarovskinin, "Google International LLC", "Google LLC", "Google Ireland Limited", eləcə də keçmiş baş direktor Devid Munro Sneddon, Yuliya Solovyova və digər yüksək vəzifəli şəxslərin Rusiyadakı hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyətə cəlb edilməsi tələbi əsasında qəbul edilib.

İflas proseduru çərçivəsində səlahiyyətli orqanlar Yuliya Solovyovaya məxsus Moskva ətrafındakı torpaq sahəsi, yaşayış evi və "BMW" markalı motosiklin üzərinə həbs qoyub.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi yanında İctimai Şuranın üzvü, Rusiya İctimai Palatasının maarifləndirmə və tərbiyə komissiyasının sədr müavini Armen Qasparyan, Yuliya Solovyovanın əmlakının həbsini "İT nəhənginin uzun illər qlobal maliyyə manipulyasiyaları, vergidən yayınma və açıq senzura üzərində qurulan fəaliyyətinin məntiqli nəticəsi" adlandırıb.

Qeyd edək ki, "Google" 2022-ci ilin iyun ayında iflas üçün müraciət edib. 2023-cü ilin oktyabrında məhkəmə şirkəti rəsmi olaraq müflis elan edib.

Избранный
13
valyuta.az

1Источники