Vaşinqton, 5 mart, AZƏRTAC
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın tətbiq etdiyi 25 faizlik tarifə cavab olaraq ABŞ məhsullarına tarif tətbiq edəcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, o, tezliklə hansı məhsullara rüsum tətbiq ediləcəyini elan edəcəyini bildirib.
Çin və Kanadadan fərqli olaraq, Meksika tarif tətbiqi ilə bağlı martın 9-na kimi gözləyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı tarifləri qüvvəyə minib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton