Bakı. Trend:
Martın 4-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdənbağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 119, ocümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.