UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.
Madrid derbisində “Real” öz meydanında “Atletiko”nu minimal fərqlə məğlub edib. İngiltərə klubları “Aston Villa” və “Arsenal” səfər qələbəsi qazanaraq, 1/4 finala bir addım yaxınlaşıblar. Xüsusən də, London klubu PSV-ni Niderlandda darmadağın edib.
Günün digər matçında isə “Lill” Dortmundda yerli “Borussiya” ilə heç-heçə edib.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:3
“Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa) 1:1
PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:7
Real (İspaniya) – Atletiko (İspaniya) 2:1
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.