Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Azreform.info “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.