RU

Sumqayıtda qadınlar arasında mübahisə qanla bitib

Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.

Hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./APA

Избранный
128
9
tribunainfo.az

10Источники