RU

İşə düzəlmək istədi, işə düşdü - VİDEO

İşə düzəlmək istəyən şəxs dələduzluqla üzləşdiyini iddia edir.

Day.Az xəbər verir ki, hadisə Bakı sakini 62 yaşlı Kamal Əzimovun başına gəlib.

İllərdir işsiz olduğunu bildirən vətəndaş iddia edir ki, Abşeron rayonu, Xırdalan şəhərində "İşə düzəltmə" ofisinə müraciət edib. Dediyinə görə, ondan mühafizə xidmətinə işə düzəltmək adı ilə 180 manat alınıb. Amma pulu ödədikdən sonra onun zənglərinə cavab verilmir. Şikayətçi deyir ki, bu il fevralın 1-dən indiyə kimi nə pulunu ala bilib, nə də işə düzəlib. 

İddialarla bağlı adı hallandırılan Azər adlı şəxsə dəfələrlə zəng etsək də, cavab verilmədi.

Şikayətçi Kamal Əzimov problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
24
2
day.az

3Источники