RU

İlham Əliyevin Ankara səfərinin proqramı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il martın 5-də Ankaraya səfər edəcək.

Səfər zamanı danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımların müzakirə ediləcəyi, cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Səfər münasibətilə 25 sentyabr 2023-cü il tarixində təməli möhtərəm Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.

Türkiyə Pezidentinin rəsmi saytının yaydığı məlumata görə, saat 17:30-da (Bakı vaxtı ilə) Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanma mərasimi (Prezident Kompleksi) olacaq.Saat 17:35-də (Bakı vaxtı ilə) İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin Açılış Mərasimi (Prezident Kompleksi) baş tutacaq.Tərəflər arasında ikitərəfli görüş saat 18:30-a (Bakı vaxt ilə) (Prezident Kompleksi) planlaşdırılıb.Saat 19:51-də (Bakı vaxtı ilə) İftar (Prezident Kompleksi) veriləcək.

Избранный
20
1
anspress.com

2Источники