RU

Müəllimlərin 80%-dən çoxu, həkimlərin isə 2/3-si qadınlardır


Bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2%-ini qadınlar təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il doğulan 102,3 min körpədən 47%-i qız uşaqları olub.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80%-dən çoxu, orta ixtisas təhsil müəssisələrində 80%-ə və ali təhsil müəssisələrində 60%-ə qədəri, həkimlərin isə üçdə ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45%-dən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60%-dən, ali təhsil müəssisələri tələbələrinin isə 50%-dən çoxunu qızlar təşkil edir.
Elmi işçilərin 60%dən çoxunu qadınlar təşkil edir ki, onların da 30%-ə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi var. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48% təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7%, fərdi sahibkarlar arasında isə 23,3%-dir.
1990-cı ildə bütün deputatların 4,3%-ini, 2000-ci ildə 10,7%-ini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8%-ə çatıb.
Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6% olduğu halda, 2024-cü ildə 15,9%-dək artıb.

Elnur Əli
Избранный
26
21
yeniavaz.com

4Источники