Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 14-də Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.