RU

“Şamaxı” Azərbaycan çempionatları tarixində 4-cü oldu

“Şamaxı” Azərbaycan Premyer Liqasının XXV turunda yubiley qolunu vurub.

Msport.az xəbər verir ki, bölgə təmsilçisi “Səbail”i 2:0 hesabı ilə məğlub etdiyi səfər matçında bunu reallaşdırıb.

Həmin qarşılaşmadakı ilk top “Şamaxı”nın Azərbaycan çempionatları tarixində 850-ci qolu olub. Həmin qola sebiyalı futbolçu Vasiliye Bakiç imza atıb. Komanda qarşılaşmanın gedişində rəqibi daha bir dəfə cəzalandıraraq, ümumi qol sayını 851-ə çatdırıb.

Qeyd edək ki, “Şamaxı” əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyıb. Bu komanda 851 qola çatmaq üçün 682 oyun keçirməli olub. Bölgə komandası 458 dəfə ev, 393 dəfə isə səfər matçında fərqlənib.

“Şamaxı” 850 qol həddinə çatan 4-cü komanda olub. Onlara qədər “Qarabağ”, “Neftçi” və “Kəpəz” bunu reallaşdırıb.

Избранный
36
msport.az

1Источники