RU

Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan energetika sahəsində texnoloji tərəfdaşlıq haqqında saziş imzalayıblar

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın“KazMunayQaz”, Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbekneftegaz”şirkətləri arasında dördtərəfli əməkdaşlıq memorandumlarıimzalanıb.

Trend xəbərverir ki, sazişlər Bakıda keçirilən “Energetika sektorundarəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” konfransıçərçivəsində imzalanıb. Bu tərəfdaşlıq rəqəmsal texnologiyalar vəsənaye təhlükəsizliyi sahəsində inkişafa yönəlib.

"KazMunayQaz"ın açıqlamasında bildirilir ki, sənədlər rəqəmsalhəllərin işlənib hazırlanması və tətbiqi sahəsində təcrübəmübadiləsini, həmçinin texnogen xarakterli fövqəladə hallarınqarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrətədbirləri nəzərdə tutur.

Tərəflər innovativ texnologiyaların tətbiqi, sənayetəhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalıəməkdaşlığın gücləndirilməsi və neft-qaz sənayesinin davamlıinkişafının təmin edilməsi məsələlərini müzakirə ediblər.

“KazMunayQaz” vurğulayıb ki, şirkət geoloji kəşfiyyat vəkarbohidrogen hasilatı sahəsində texnologiya mübadiləsi və təcrübəsahəsində əsas tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdə davamedir.

Избранный
69
3
az.trend.az

4Источники