RU

Makron və Starmer sülh planını təqdim etmək üçün Zelenski ilə ABŞ-yə səfər etməyə hazırdır

"Böyük Britaniyanın Baş naziri Key Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə ABŞ-yə səfər etməyə hazırdırlar. Onlar sülh planı təqdim edə bilərlər". 

Missiya.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Diplomatik mənbələr "Daily Mail"-ə təsdiqləyiblər ki, atəşkəs hər iki tərəfdən hava və dəniz bombardmanlarının dayandırılması ilə başlaya bilər. Mənbə bildirib ki, indiyədək dəymiş ziyanın böyük hissəsi Rusiya pilotsuz təyyarələri və raketlərinə olub.

“Uğurlu olarsa, hər iki tərəf quruda atəşkəs rejiminə keçəcək. Bunu yoxlamaq isə daha çətin və pozmaq daha asan olacaq”, - deyə vurğulanıb.

Zərintac MayisqızıMissiya.Az

Избранный
42
missiya.az

1Источники