RU

LRASM gəmi əleyhinə raket ABŞ Dəniz Piyadaları Korpusunun qırıcısında sınaqdan keçirilib

Amerikanın “Lockheed Martin” şirkəti qısa uçuş və şaquli enişli (ABŞ Dəniz Piyadaları Korpusunda xidmətdə olan) beşinci nəsil F-35B qırıcısında LRASM gəmi əleyhinə raketdən istifadə edərək ilk uçuş sınaqlarını başa çatdırıb.

Herbiand.az “Lockheed Martin” şirkətinin mətbuat xidmətinə istinadən bildirir ki, sınaqlar döyüş imkanlarının genişləndirilməsi üçün AGM-158 raketlərinin (JASSM və LRASM modifikasiyalı) inteqrasiyasını özündə əks etdirən F-35 təyyarələri üçün “Blok 4” təkmilləşdirilməsi proqramının bir hissəsi olub.

2024-cü ilin sentyabrında oxşar sınaqlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə edilən F-35C-nin daşıyıcı əsaslı versiyasında uğurla həyata keçirilib.

Lockheed Martin şirkətinin raket istehsalı üzrə vitse-prezidenti Con Hill deyib ki, bu sistemlərin inteqrasiyası strateji hədəflərə zərbələrin diapazonunu və effektivliyini artırır.

ŞirkəTdən bildirilib ki, LRASM raketləri GPS siqnalları və rabitə vasitələrinin tıxandığı şəraitdə belə gəmi qrupları arasında fərdi hədəfləri aşkar edib məhv etməyə qadirdir. Raket 454 kq ağırlığında döyüş başlığı daşıyır və 930 km-ə qədər məsafə qət edə bilir (digər mənbələrə görə - 560 km-ə qədər). Tərtibatçıların fikrincə, belə mərmilərdən biri 9000 tona qədər yerdəyişmə qabiliyyətinə malik düşmən gəmisini məhv etməyə qadirdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
83
herbiand.az

1Источники