RU

Yeni Azərbaycan Partiyasının VII Qurultayının nəticələrindən doğan yeni  siyasi reallıqlar

Yeni Azərbaycan Partiyasının   müasir Azərbaycanın siyasi sitemində tutduğu mövqe, bu sistemin formalaşmasına verdiyi töhvələr, zəngin siyasi təcrübə partiyanın  fəaliyyəti ilə bağlı istənilən hadisə və prosesi ölkəmizin siyasi tarixinin    mötəbər mənbəyinə çevirir. Qələbələr və qaliblər partiyası olan Yeni Azərbaycan Partiyasının 2021-ci ilin mart ayının 5-də keçirilmiş  VII Qurultayı da bütövlükdə müasir Azərbaycanın  siyasi sistemində mühüm  hadisə olmaqla bərabər, həm də partiyanın növbəti qələbələrinin başlanğıcı oldu.

Belə ki, VII Qurultayın qəbul etdiyi yeni Nizamnamə, Qurultaydan sonra partiyanın İdarə Heyətinin müvafiq qərarları ilə təsdiq edilmiş Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi, eləcədə Yerli təşkilatları haqqında Əsasnamələr, yeni Proqram partiya həyatına möhtəşəm yeniliklər gətirdi. Bu yeniliklər Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu sübut etməklə yanaşı, təkcə  postsovet məkanında deyil, həm də beynəlxalq aləmdə bu möhtəşəm siyasi təşkilatın yeri və rolunu müəyyən etmiş oldu. Belə ki, partiya daxilində peşəkarlıq, işgüzar münasibətlər, partiyadaxili sağlam rəqabət, partiya üzvlərinin şəxsi inkişafı, milli və bəşəri dəyərlərə söykənən etik davranış, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik siyasi fəaliyyətin əsas meyarlarına çevrildi.

Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən 4 il ərzində görülmüş işlər təkcə partiya daxilində deyil, ümumilikdə ölkəmizdə siyasi münasibətlərin peşəkar səviyyədə,  yeni konfiqurasiyada qurulmasına, siyasi sistemin daha açıq, şəffaf meyarlar üzrə intişar tapmasına vəsilə oldu. Partiyadaxili struktur islahatları,  təşkilati məsələlərə mütərəqqi yanaşmalar bu prosesin açarı rolunu oynadı. Ciddi, müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmuş kadr təyinatları partiyanın strateji hədəflərinə yönəlik mühüm siyasi addım olaraq yeniliklərin davamlılığına şərait yaratdı. Məhz VII Qurultaydan sonra baş vermiş bu dəyişikliklər müasir dövrün çağırışlarına cavab verir  və bu qurultayın partiyanın və  ölkəmzin ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edir. Bu dəyişikliklər respublikamızda fəaliyət göstərən bir sıra ictimai-siyasi təşkilatların öz mövcudluqlarına yenidən baxmağa, cəmiyyətə və dövlətə daha çox səmərə verəcək mövqe sərgiləmələrinə səbəb oldu. Təsadüfi deyil ki, qurultaydan sonra bir çox partiyalar Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciət ünvanladılar və bu müraciətlər müsbət cavablandırıldı.

Ötən 4 il ərzində  gərgin əmək və  zəhmət sərf edilən siyasi fəaliyyət  nəticəsində əldə olunmuş uğurlar partiyanın yeni tarixi qələbələrini təmin etməkdədir. Bu müddət  ərzində minlərlə Azərbaycan vətəndaşının partiya sıralarına üzv kimi qəbul olunmaqdan ötrü etdikləri müraciət, ictimai-siyasi münasibətlər sisteminin ən müxtəlif iştirakçılarının Yeni Azərbaycan Partiyası ilə  konstruktiv dialoqda maraqlı olmaları, həm də Yeni Azərbaycan Partiyasının ölkəmizin taleyüklü məsələləri ilə bağlı qəbul etdiyi qərarların nə qədər mütərəqqi, xalqımızın bütövlüyünə, tarix gələcəyinin möhtəşəmliyinə və qalibiyyətlərə hesablanmış qərarlar olduğunun əyani sübutlarıdr. Partiya rəhbərliyinin, partiyanın Mərkəzi Aparatının yerli təşkilatlara, sıravi partiya üzvlərinə münasibətdə tamamilə yeni,  inkişaf etmiş siyasi sistemlərin  mütərəqqi və müasir nümunələrini özündə ehtiva edən yanaşmaları  ölkəmizdə Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da yüksəltdi. İndi Yeni Azərbaycan Partiyası qalib siyasi təsisat olmaqdan əlavə, həm də islahatlara açıq, müəyyən etdiyi hədəflərə doğru əzmlə irəliləyən, ümumxalq sevgisi qazanmış möhtəşəm siyasi təşkilat kimi xalqımızın öz tarixi ideallarını, partiyanın ideya və prinsiplərini gerçəkləşdirməyə daim çalışan mütəşəkkil qüvvə olaraq   beynəlxalq aləmdə də nüfuz qazanmaqdadır.

Yeni Azərbaycan Partiyası VII Qurultaydan ötən 4 il  ərzində öz beynəlxalq əlaqərini genişləndirərək dünyada mövcud olan müxtəlif çalarlı siyasi sistemlərin yeniliklərini əxz etməklə yanaşı, həmin siyasi sistemlərə öz töhvəsini vermişdir. Bu gün artıq Yeni Azərbaycan Partiyası dünyanın bir çox dövlətlərinin hakim siyasi təşkilataları ilə qarşılıqlı münasibətlər qurub və bu proses davam edir. Bu manasibətlər çərçivəsində partiya rəhbərliyinin xarici ökələrə, eləcədə   bir sıra ölkələrin hakim siyasi təşkilatlarının ölkəmizə qarşılıqlı səfərləri,  Yeni Azərbaycan Partiyası ilə əlqaələri inkişaf etdirməyə səy göstərmələri, məhz qurultaydan sonrakı dövr ərzində görülmüş işlərin, atılmış  tarixi addımların nəticəsidir.

Partiyanın Mərkəzi Aparatının 5 mart 2021-ci il tarixli VII Qurultayda qəbul edilmiş yeni proqramda öz əksini tapan müasir çağırış və tendensiyalara uyğun olaraq həyata keçirdiyi tədbirlər, partiyanın strukturuna daxil olan qurumlarla kordinasiyalı iş, yerli təşkilatlara verilən  tapşırıq və göstərişlər   imkan verir ki, partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi islahatların Azərbaycan xalqı və dövləti naminə ən müxtəlif sahələrdə icra edilməsindən ötrü start verdiyi yeniliklərin həyata keçiririlməsi işində Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsi olaraq onun bütün çağırışlarını sonadək müdafiə etsin, daim əzmlə çalışsın, qarşıya qoyulmuş hədəflərə çatmaqdan ötrü var qüvvəsini sərf etsin. 2024-cü il fevral ayında keçirilmiş Prezident seçkilərində, sentyabr ayında keçirilmiş Milli Məclisə seçkilərində, 2025-ci ilin yanvar ayında keçirilmiş bələdiyyə seçkilərində əldə edilmiş  qalibiyyətlər məhz bu əzm və iradənin möhtəşəm nəticələridir.

Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən qlobal inteqrasiya proseslərinə, dünya dövlətlərinin birliyinə daim mütərəqqi münasibət sərgiləyərək  demokratik dəyərləri inkişaf etdirməklə ölkəmizi öz müstəqil siyasi addımları, siyasi mədəniyyəti ilə dünya ölkələrinin ön sıralarına çıxarmasına çalışırlar. Yeni Azərbaycan Partiyası xalqla birlikdə  bu tarixi-siyasi missiyanın  həyata keçirilməsindən ötrü cənab  İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək  tarix yazır. Bu tarix, azad, suveren, bütöv   Azərbaycanın tərəqqisi və intibahı tarixidir.

Kamil Qurbanlı,
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri

Избранный
13
ikisahil.az

1Источники