Ötən gün Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo”nun məlumatına əsasən, hadisə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci korpus, 10 may küçəsində baş verib.
Belə ki, Oğuz rayonu, Padar kəndinə qeydiyyatda olan Bəraət Babakişiyev hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.