Rusiyada türk seriallarının ənənəvi məişət dəyərlərinə xələl gətirdiyi üçün onların piarının məhdudlaşdırılması nəzərdən keçirilməlidir.
BAKU.WS xəbər verir ki, bu təkliflə Bryansk Vilayət Dumasının deputatı Mixail İvanov çıxış edib.
O qeyd edib ki, Rusiya onlayn platformalarında və reklam bannerlərində Türkiyə televiziya şoularının anonslarını getdikcə daha çox görmək olur. Bununla belə, İvanovun sözlərinə görə, bu proqramlar güclü ailə və sədaqət dəyərlərinə uyğun gəlməyən davranış modellərini təbliğ edir və bu, gənclərə mənfi təsir göstərə bilər.
"Tamaşaçılara açıq-saçıq səhnələr, zinakarlıq, çaşqınlıq və qadağan olunmuş sevgi göstərilir", o, müsahibəsində deyib.
Bununla bağlı deputat Rusiyanın mədəni məkanını qorumaq üçün bir sıra təşəbbüslər irəli sürüb. Xüsusilə, türk seriallarını internet platformalarında ən çox tövsiyə olunanlar siyahısından çıxarılması və onların ictimai məkanda reklamını məhdudlaşdırılması...