RU

Bu, Rusiya üçün son zərbə ola bilər: Fransa TƏLƏ QURUR

Fransa Ukraynaya kömək etmək üçün Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması imkanlarını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Politico" həm Fransa hökuməti daxilində, həm də Paris və Berlin arasında danışıqların gedişi ilə tanış olan anonim rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Fransa hökumətinin üzvləri Rusiya aktivlərinin müsadirə edilməsi və onlardan Kiyevə verilən kreditlər üçün zəmanət kimi istifadə edilməsini xüsusi müzakirə ediblər. Bu müzakirələr alman həmkarları ilə də aparılıb.

Bildirilir ki, son günlər Fransanın yüksək rütbəli rəsmiləri dondurulmuş 200 milyard avroluq aktivlərin sülh danışıqları olacağı təqdirdə Kremlə güclü təzyiq vasitəsinə çevrilə biləcəyini dəfələrlə bəyan ediblər.

Fransa, Almaniya və Britaniya bu vəsaitlərdən Rusiyanı sülh sazişinə əməl etməyə məcbur etmək üçün istifadə etmək imkanını müzakirə ediblər. Lakin Fransa prezidenti Emmanuel Makronun administrasiyası belə müzakirələrin baş verdiyini təkzib edib.

Избранный
30
publika.az

1Источники