RU

“Putin düşündü ki, “bu mənim şansımdır”” - Tramp Konqresdəki çıxışında Putindən də danışıb

ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı Vladimir Putinlə bağlı yalnız bir dəfə, özü də qısa olaraq danışıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp məlum çıxışında Putinin hərəkətlərinə ABŞ-nin Əfqanıstandan öz qoşunlarını biabırçılıqla çıxarması kontekstində yanaşıb. O, Putinin Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsini ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çox uğursuz şəkildə çıxarılması ilə əlaqələndirib: “Putin(Əfqanıstanda) baş verənləri görəndə, yəqin ki, “bu mənim şansımdır” deyə fikirləşib”.

Tramp ABŞ qoşunlarının Əfqanıstandan fəlakətli şəkildə çıxarılmasının Rusiyanın Ukraynada müharibəyə başlamaq qərarına təsir göstərə biləcəyini deyib. ABŞ Prezidenti əlavə edib ki, qoşunların çıxarılması o qədər pis təşkil edilib ki, bu, Amerikanın “səriştəsizliyi”nin nümunəsi kimi qəbul olunub.

Trampın dediyinə görə, Əfqanıstandakı vəziyyət bütün Qərb siyasətinə qarşı meydan oxumağa imkan yaradıb. Tramp hesab edir ki, ABŞ-nin Əfqanıstandan fəlakətli şəkildə çıxarılması zəiflik görüntüsü yaradıb və Rusiyaya inamla hərəkət etməyə imkan verib. Tramp əvvəllər də dəfələrlə deyib ki, Rusiyanın Ukraynada müharibəyə başlaması məhz Kremlin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını ABŞ-nin zəifliyi kimi görməsi ilə bağlıdır.

“AzPolitika.info”

Избранный
169
50
azpolitika.info

10Источники