Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin şimal girişində yerləşən (“Şamaxı yolu” ərazisindəki) tunelin qəzalı vəziyyətdə olmasına dair görüntüyə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən tuneldə heç bir təhlükənin olmadığını bildirib.
“Üzlük daşlarının bir hissəsi qopub. Bərpa olunacaq”, – A.Nəcəfli deyib.