RU

Əməkdar artist illər sonra keçmiş həyat yoldaşı ilə bir araya gəldi, belə reaksiya verdi - Foto

Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkül ilə bağlı paylaşım edib.

Aktrisa onunla film təqdimatlarından birində qarşılaşıb. Sənətçi birlikdə çəkilən fotolarını yayımlayaraq, bunları yazıb:

"Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006-cı ildə olmuşdu. 2025-ci il "Spinozanın Tanrısı" bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu.Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar".

Qeyd edək ki, 2000-ci ildə C.Təvəkkül ilə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanıb. Cütlüyün Orxan adlı bir oğlan övladı var. / Axşam.az

Избранный
31
4
show.az

6Источники