RU

ABŞ Konqresində maraqlı hadisə - Xəbərdarlıqlara qulaq asmadığı üçün zaldan qovuldu

ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasındakı çıxışı zamanı indiyədək heç vaxt baş verməmiş hadisə qeydə alınıb.

Far.Az xəbər verir ki, ABŞ-nin Demokratik Nümayəndələr Palatasının üzvü Qrin çıxışı boyu xəbərdarlıqlara məhəl qoymadığı üçün zaldan qovulub.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Konqresin ilk birgə iclasında sərhəd təhlükəsizliyindən iqtisadiyyata, federal hökumətin tənzimlənməsindən xarici siyasətə qədər bir çox sahədə atdıqları addımlardan danışıb.

Çıxışına başlayan kimi içəri girib Trampın sözünü kəsməyə çalışan Qrin Nümayəndələr Palatasının sədri Mayk Consonun bütün xəbərdarlıqlarına baxmayaraq, geri çəkilməyib. Zalı şoka salan hadisədən sonra reaksiyalar artdığı üçün Qrin zaldan qovulub.

Избранный
31
1
far.az

2Источники