Türkiyə hökuməti Azərbaycan Respublikası Hökuməti ilə təbii qaz sahəsində Əməkdaşlıq Sazişini təsdiq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb.