RU

70 dərdə dəvadır - Həzmsizlik və bağırsaq qurdlarının dərmanıdır

70 dərdə dəvadır - Həzmsizlik və bağırsaq qurdlarının

Biyan kökü həzmsizlik, şişkinlik, qəbizlik və bağırsaq parazitləri kimi bir çox həzm sistemi problemlərinin təbii müalicəsində istifadə edilən qədim bir bitkidir. Min illərdir xalq təbabətində öz yerini qoruyub saxlayan bu bitki mədə turşusunu tarazlaşdırmaq, bağırsaqları təmizləmək və həzm sistemini gücləndirmək kimi xüsusiyyətləri ilə tanınır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, biyan kökünün əsas faydalarından biri mədənin selikli qişasını qorumaq və həzmi asanlaşdırmaqdır. Mədə turşusunun həddindən artıq ifraz olunması nəticəsində baş verən qıcıqlanmaları azaldaraq mədəni sakitləşdirir. Bu xüsusiyyəti sayəsində reflü və qastrit kimi problemləri olan insanlar üçün faydalı ola bilər.

Bağırsaq parazitləri ilə mübarizədə də təsirli bir vasitə hesab olunur. Orqanizmdə parazitlərin çoxalmasının qarşısını alaraq həzm sisteminin daha sağlam işləməsinə kömək edir. Xüsusilə immuniteti zəif olan insanlar və uşaqlar üçün bağırsaq qurdları ciddi problemlərə səbəb ola bilər. Biyan kökü bu parazitlərin orqanizmdən xaric edilməsinə və bağırsaq florasının normallaşmasına yardımçı olur.

Biyan kökü həm də şişkinliyi və qaz problemlərini aradan qaldırmağa kömək edir. Həzm sistemində yaranan problemlər bədəndə qaz toplanmasına və narahatlığa səbəb ola bilər. Bu bitkinin çay kimi qaynadılıb içilməsi bağırsaqlarda yığılan qazı xaric edərək rahatlıq verir və bağırsaqların normal fəaliyyətini bərpa edir.

Biyan kökü çay kimi dəmlənərək istifadəyə yararlıdır. Bunun üçün bir çay qaşığı quru biyan kökü bir stəkan suda qaynadılır və süzüldükdən sonra içilir. Bu çay yeməkdən sonra həzmi asanlaşdırır və bağırsaqları sakitləşdirir. Lakin biyan kökündən uzun müddət və ya həddindən artıq istifadə etmək bəzi sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə yüksək təzyiq və böyrək problemləri olan şəxslər həkim məsləhəti olmadan istifadə etməməlidirlər.

Biyan kökü təbiətin bizə bəxş etdiyi ən güclü müalicəvi bitkilərdən biridir. Həzm problemlərindən əziyyət çəkənlər üçün təbii və effektiv bir seçim olmaqla yanaşı, ümumi sağlamlığın qorunmasına da töhfə verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
58
e-saglam.az

1Источники