RU

Lukaşenko: "Tramp III Dünya Müharibəsinin qarşısını aldı"

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Co Bayden yenidən ABŞ prezidenti seçilsəydi, Üçüncü Dünya Müharibəsinə və nüvə qarşıdurmasına yaxınlaşacaqdı, lakin Donald Trampın seçkilərdə qələbəsi bu ssenaridən yayınmağa imkan verdi.

"Cebheinfo.az"  Modern.az-a istinadən xəbər verir ki, Lukaşenkonun bununla bağlı açıqlamasını “Belta” agentliyi yayıb.

“Təsəvvür etmək çətindir, amma mənə elə gəlir ki, biz nüvə qarşıdurmasına, Üçüncü Dünya Müharibəsinə çox yaxınlaşmışdıq. Ən azı hələlik Trampın seçilməsi bu ekstremal ssenaridən yayınmağa kömək edib”.

Lukaşenkonun sözlərinə görə, Tramp təbiətcə güclü insandır.

“O, sülhlə bağlı əsas vədlərini yerinə yetirir”, - Belarus prezidenti vurğulayıb.

"Cebheinfo.az" 

Избранный
8
3
cebheinfo.az

6Источники