RU

Azərbaycanda yerüstü suların mühafizəsi ilə bağlı qaydalar yenilənəcək

Azərbaycanda yerüstü suların mühafizəsi üçün yeni formatda qaydalar hazırlanıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Sənəd hazır olduqdan sonra təkcə balıqçılıqla bağlı su obyektlərinə atılan çirkləndirici maddələrin yol verilən həddi deyil, ümumrespublika üzrə su və su təsərrüfatı obyektlərinə atılan bilən tullantıların yol verilən həddi müəyyən ediləcək. Bundan başqa İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Məqsəd Məcəllədə nəzərdə tutulmuş sanksiyaların artırılması deyil. Hazırda təsbit olunmamış, yalnız cəmiyyətin müəyyən fərdlərinin törətdiyi inzibati xətalar var. Bununla bağlı dünya təcrübəsini öyrənirik. Həmin əməllərin Məcəllədə təsbit olunması nəzərdə tutulur. Bununla bağlı ictimai dinləmə də keçiriləcək", - deyə o qeyd edib.

Избранный
37
2
report.az

6Источники