Finss.az - BOKT “Caspian Invest” MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.
Ümumi Yığıncağın qərarına əsasən, Lalə Verdiyeva Əsəd qızı İdarə Heyətinin üzvü seçilib. Hazırda “Caspian Invest” MMC-nin İdarə Heyətinə İbrahim Salmanov Elşən oğlu (sədar və səhmdar), Əziz Əzizzadə Emil oğlu və yeni təyin olunan Lalə Verdiyeva daxildir.
Xatırladaq ki, 2004-cü ildə təsis edilmiş BOKT “Caspian Invest” MMC (əvvəlki adı BOKT “Dayaq-Kredit”) 4,325 milyon manat nizamnamə kapitalına malikdir. Kapitalın 50%-i Nurlan Şərifov Hikmət oğluna, digər 50%-i isə İbrahim Salmanov Elşən oğluna məxsusdur.
Şirkət son illərdə maliyyə çətinlikləri ilə üzləşib. 2023-cü ildə BOKT-nin gəlirləri xərclərini qarşılaya bilmədiyindən 358 min manat zərər etmişdi.
Bu təyinatın şirkətin maliyyə vəziyyətinə və idarəetməsinə necə təsir edəcəyi isə zamanla məlum olacaq.