RU

Hakimlərimizə beynəlxalq təyinat

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, hakimlərimiz AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq.

Qeyd edək ki, matçın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.

İdman.biz

Избранный
62
4
idman.biz

10Источники