İsrail və ABŞ, İrana mesaj vermək məqsədilə Aralıq dənizində ortaq hava təlimi keçirib.
Sfera.az "Sabah"a istinadən xəbər verir ki, İsrail və ABŞ hava qüvvələrinin təlimi, 7 oktyabr 2023-cü il hücumlarından sonra ilk dəfə Aralıq dənizi üzərində birgə təşkil edilib.
Orta Şərqdəki dəyişən vəziyyətlər və təhlükələr fonunda keçirilən strateji əhəmiyyətə malik hava qüvvələri təlimlərinin, İrana qarşı bir mesaj verdiyi vurğulanıb. Xəbərdə, təlimə onlarla döyüş təyyarəsi, yanacaq doldurma təyyarəsi və strateji bombalayıcı təyyarələrin qatıldığı bildirilib. Təlimin nə vaxt bitəcəyi barədə isə məlumat verilməyib.
Bəsti Rəfizadə