RU

Zaxarova: Trampın qayıdışı Avropa liderlərinin mövqeyini zəiflədir - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı (Aİ) liderlərinin Donald Trampın ABŞ prezidentliyinə qayıdışı fonunda çətin vəziyyətə düşdüyünü bildirib.

Olaylar.az xəbər verir ki, "Qərbi Avropa liderləri və məmurları indi tam çaşqınlıq içindədirlər, çünki ayaqlarının altından zəmin gedir. Onlar amerikan liberalizminin dayağı üzərində dayanırdılar, lakin indi vəziyyət dəyişir", - Zaxarova Sputnik radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqtonda hakimiyyət dəyişikliyi ilə siyasi ritorika da dəyişib. Zaxarova Aİ liderlərinin ya vəzifələrindən getməli, ya da səhvlərini etiraf etməli olduqlarını vurğulayıb.

Diplomat əlavə edib ki, Avropada vəziyyəti düzgün dəyərləndirib, liderlərin yanlış mövqeyinə diqqət çəkə biləcək şəxs ortaya çıxmalıdır.

Makron: Avropa öz təhlükəsizliyini təmin etməlidir

Fransa prezidenti Emmanuel Makron isə 14 fevralda Trampın mümkün qayıdışının Avropa ölkələrini müdafiəyə, sənaye və texnologiya sahəsinə daha çox sərmayə qoymağa təşviq edəcəyini bildirmişdi. O qeyd etmişdi ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməli və iqtisadi müstəqilliyini artırmalıdır. Əks halda, Makronun fikrincə, Aİ uğursuzluqla üzləşə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
25
olaylar.az

1Источники