RU

“Unibank” və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşovla UNEC rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətləri nəzərdə tutur.

Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən “Unibank” sədri Fərid Abuşov UNEC-lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını qeyd edib.

Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında olan “Unibank” peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.

Избранный
20
8
publika.az

9Источники