RU

Ohanyan: “Hakimiyyətin hərəkətsizliyi yeni hərbi toqquşmalara səbəb ola bilər”

Hesab edirəm ki, Azərbaycanın Ermənistan hakimiyyətinə qarşı ittihamlarının əhatə dairəsi genişlənəcək və hakimiyyət bununla mübarizə aparmasa, mövcud vəziyyət yeni hərbi toqquşmalara səbəb ola bilər.

Herbiand.az bildirir ki, bunu martın 5-də jurnalistlərlə söhbətində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, məhbusların geri qaytarılması məsələsi danışıqlar masasında olmalıdır və hakimiyyət də bu məsələni beynəlxalq səviyyədə qaldırmalıdır: “Azərbaycanın cinayətləri ilə bağlı beynəlxalq qurumlara iddialar qaldırılmalıdır. Bakıda saxtalaşdırılmış məhkəmə prosesi gedir. Orada təkcə Dağlıq Qarabağın rəhbərliyi yox, həm də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ mühakimə olunur, Azərbaycan Ermənistana qarşı ittihamlar səsləndirir”.

Fraksiya rəhbəri təkrarlayıb ki, uduzan hökumət çoxdan istefa verməli idi: “Danışıqları təzyiq altında olmayan və müvafiq bacarıqlara malik olan insanlar aparmalıdır”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
79
herbiand.az

1Источники