RU

Gəncləri məhv edən enerji içkiləri — Həll yolları nədir?

Deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib ki, enerji içkilərindən istifadə edənlərin uşaqları olmur.

“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, - deyə deputat bildirib.



Məsələ bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, enerji içkisinin tərkibində heç enerji verən maddə yoxdur:

“Kofein və taurinin içkilərinin içlərinə qatılmaması bir tərəfdən yaxşıdır, amma enerji içkisi adı altında da satılması düzgün deyil. Kefiyyətə gəldik də isə orada heç bir vitamindən söhbət gedə bilməz. Günümüzdə enerji içkilərinin istifadəçisi xeyli saydadır. Enerji içkilərinin sağlamlıq üçün müəyyən riskləri var. Hər bir insan bu içkiləri qəbul edə bilməz. Xəstələr içdiyi zaman onlarda ürək-qan damar sistemində pozuntular yarana bilər. 

Uşaqların enerji içkilərinin qəbulu yolverilməzdir. Enerji içkiləri içiləndə insan sağlamlığı üçün ən təhlükəli maddə yüksək miqdarda kofeindir. Enerji içkilərindən çox istifadə etmək kofein zəhərlənmələrinə səbəb ola bilir. Kofein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma, ciddi aritmiyalar və ölüm ortaya çıxır”.


Leyla Turan
Demokrat.az
Избранный
42
demokrat.az

1Источники