RU

“Şamaxı” 850-ci qola sevindi

Premyer Liqada müxtəlif adlarla mübarizə aparmış “Şamaxı” komandası Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 25-ci turuna təsadüf edib.

Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasili Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Избранный
48
15
arena.az

10Источники